Haqqımızda
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI
“KURORT” QAPALI SƏHMDAR CƏMİYYƏTİ
“Günəşli” nevroloji sanatoriyası


Azərbaycanda kurort mövsümü il boyu davam edir. Respublika zəngin və bəzi münasibətlərdə nadir rekreasiya və kurort resurslarına malikdir. Dağlıq və dağətəyi rayonların gözəl təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri və eləcə də günəş işığının bolluğu il boyunca dolğun istirahət və sanatoriya və kurort müalicəsi üçün hər bir şərait yaradır.

“Günəşli” nevroloji sanatoriyası ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 35 km aralıqda, Abşeron yarımadasının sahilində, Mərdəkan qəsəbəsində yerləşir. Sözsüz ki, hər birimiz Varnanın qızıl qumları, Soçi çimərlikləri, Krım havası və Anapa günəşi barədə uzun-uzadı hekayələr eşitmişik. Lakin bu kurortlar arasında tək Mərdəkan sadaladığımız təbii xassələrin hamısını özündə cəmləşdirir. Qızılı kvars qumları, günəşli günlərin ən böyük sayı, hərarətcə mülayim Xəzər dənizi və ultrabənövşəyi şüalarla zəngin olan günəş adıçəkilən Abşeron kurortunu fərqləndirən xüsusiyyətlərdəndir.

Mərdəkana xas olan iqlim tipinin və təbii mənbələrin müalicəvi özəllikləri barədə biliklər qədim vaxtlardan bəri məlumdur. Artıq neçənci yüzillikdir ki, müalicə almaq üçün insanlar məhz Mərdəkana üz tutur. Müxtəlif duzlar, brom və yod buxarları ilə zəngin olan Mərdəkan havasının özü belə müalicəvi təsir göstərir. Bəs buranın dənizi? Mərdəkan sahilində dəniz suyunun hərarəti may ayında 19oC, avqustda – 27oC, oktyabrda isə 18,5oC təşkil edir. Park və bağlarla əhatə olunmuş kurort qəsəbəsi ölkənin hər tərəfindən ziyarətçiləri özünə cəlb edir. Minlərlə insan Mərdəkanda sağlamlığını bərpa edir, dincəlir və qüvvət yığır.

Müalicə və iqlim amillərinin kombinasiyası Mərdəkanı sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün ideal məkana çevirir. Məhz bu səbəbdən Mərdəkanda yerləşən “Günəşli” nevroloji sanatoriyası olduqca populyardır. “Günəşli”-ni seçmiş pasiyentlər təcrübəli həkimlər tərəfindən qarşılanıb müayinə olunur və növbəti 18 gün ərzində daimi tibbi nəzarət altında olurlar. Bundan əlavə, özündə arxitektur cəhətdən milli memarlıq ənənələrinin və müasir üslubun ahəngini təcəssüm etdirən tam komfortlu yaşayış korpusları, tennis meydançası və geniş park hər zaman ziyarətçilərin xidmətindəndir.

Sanatoriyada hökm sürən abu-hava o dərəcədə ailəvi və xoşagələndir ki, ziyarətçilərə müsbət təsirini anında ötürür. Burada hər bir şey tək məqsədə tabedir; bu məram – insanları xoşagəlməz və qıcıqlayıcı amillərdən mümkün qədər uzaqlaşdırmaq və müalicənin səmərəliyini təmin etməkdir. Həkimlərin fikrincə, rahat mebel, əlvan xalçalar, geniş salon və koridorlar, bir sözlə, estetika və harmoniya insan səhhətinə müalicəvi təsir göstərən faktorlara aiddir.

Balneoloji müalicəxananın imkanlarına müxtəlif duşlar, vannalar, kliniki-diaqnostik və biokimya laboratoriyaları, müxtəlif növ inhalyasiyaların, eləcə də masaj və müalicəvi bədən tərbiyəsinin keçirilməsi daxildir. Sanatoriyada siz yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə ala bilərsiniz. Dəniz vannaları və açıq səma altında yuxu sinir sisteminin bərpası və güclənməsinə ən çox təsir göstərən müalicə üsulları arasında öz yerini tutur.

Günəş, dəniz və qum bir çox xəstəliklərə çarədir. Müalicə müddətindən artıq bir həftə keçdikdə, pasiyentlər bir çox müsbət dəyişiklikləri hiss etdiklərini bildirirlər: yorğunluq və pis əhval-ruhiyyə geri çəkilir, yuxusuzluq narahatçılığa səbəb olmur; əksinə, insan daha da gümrahlaşır və özünü qat-qat yaxşı hiss edir. Sanatoriyada milli və Avropa mətbəxlərinin müxtəlif taamlarını təklif edən komfortlu yeməkxana sizlərə xidmət göstərməkdədir.

Qidalanma rejimində pəhriz menyusu da nəzərdə tutulub. Şübhəsiz, bütün bunlar əhvalın yaxşılaşmasına yardımçı olur, müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxi isə iştahanı daha da gücləndirir.Sanatoriya korpusları ən son komfort təsəvvürlərinə tam cavab verir. Tam təchiz olunmuş bir- və ikinəfərlik otaqlar ziyarətçilərin xidmətindədir.