İstirahət
Dincələnlərin asudə vaxtı da olduqca maraqlı şəkildə təşkil olunur. Park boyunca gəzintilər, dəniz vannaları və çimərlikdə istirahətdən savayı, ziyarətçilərin qulluğunda kitabxana, kafe, çayxana və diskobar fəaliyyətdədir. Sanatoriya həmçinin müxtəlif məişət xidmətləri göstərilir..

Onu da qeyd etmək lazımdır ki, sanatoriya daxilində müalicə qeyri-monoton şəkildə həyata keçirilir. Prosedurlar müxtəlif ekskursiyalar, istirahət, musiqi dərsləri və əyləncəli oyunlar ilə növbələşir. Burada keçirəcəyiniz 18 gündən hər biri olduqca maraqlı tədbirlər ilə yaddaşınızda qalacaq: uşaq ikən xəyallarımızda qurduğumuz və rəvayətlərdə eşitdiklərimiz qədim qala divarları, qızğın döyüşlərə şahidlik etmiş əzəmətli qəsrlər, göylərə ucalmış minarələr, əfsanəvi Qız qalası, dünyanın ən gözəl dənizkənarı bulvarlarından biri sayılan Bakı bulvarı və neçə-neçə tarixi memarlıq abidəsi yolunuzu gözləyir.